Azərbaycanın “Qurban Abbasov” gəmisinin Rusiyaya icarəyə verilməsi ilə bağlı danışıqlar başlayıb

azerbaycanin qurban abbasov gemisinin rusiyaya icareye verilmesi ile bagli danisiqlar baslayib

Rusiya Federasiyasının “Marine Offshore Contractor” MMC şirkəti “Qurban Abbasov” kran gəmisini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən icarəyə götürmək istəyir.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə ASC rəhbərliyi ilə danışıqlara başlanılıb.

 

“AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə qonaqlar gəmiyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən tam razı qaldıqlarını bildiriblər. Söhbət zamanı R.Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər şirkətlər kimi, “Marine Offshore Contractor” MMC-nin də etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib.

 

Sonuncu təmir zamanı tamamilə modernləşdirilən “Qurban Abbasov” kran gəmisinin Xəzərin Rusiyaya aid sularında istismar ediləcəyi nəzərdə tutulur.

 

Görüşdə gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide jiquli traktora cirpilib 1 nefer olub 3 nefer agir xesaret alib yenilenib
    Ağcabədidə "Jiquli" traktora çırpılıb, 1 nəfər ölüb, 3 nəfər...
  • 174 azerbaycanda startap olmaq asandir
    ® Azərbaycanda Startap olmaq asandır!
174 azerbaycanda startap olmaq asandir 174 azerbaycanda startap olmaq asandir +2
MƏZƏNNƏ
FOREX
/ 20 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ