Azərbaycanla Çin dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

azerbaycanla cin demir yolu sahesinde emekdasligi genislendirir

“Bir kəmər- bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda iştirak etmək üçün Pekində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çinin Ninsia-Huy Muxtar Rayonunun kommersiya idarəsinin rəis müavini Kun Quoxua və vilayətin dövlət sərhəd-buraxılış məntəqəsinin rəis müavini Cu Dun ilə görüşüb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında böyük maraq kəsb edən nəqliyyat, o cümlədən dəmir yolu ilə yük daşımaları sahəsində əməkdaşlıqdan danışılıb.

 

Çinin dəmir yolu daşınmalarında əhəmiyyətli çəkiyə sahib olan Ninsia-Huy Muxtar Rayonunun rəsmiləri əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etmək arzusunda olduqlarını bildirdilər. Onlar Çinin şimal hissəsində yerləşən vilayətlərdə istehsal olunan məhsulların Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlana biləcəklərini qeyd ediblər.

 

C.Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən inşası bu il başa çatacaq və Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının iki istiqamətindən biri olan və tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.

 

C.Qurbanov Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərində daşınmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. O, bu istiqamətdə məsələləri müzakirə üçün Ninsia-Huy Muxtar Rayonun nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
  • ankarada qarabag parkinin acilisi olub
    Ankarada Qarabağ Parkının açılışı olub
ankarada qarabag parkinin acilisi olub ankarada qarabag parkinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ