“Azərmarka” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş rəsm müsabiqəsi elan edir

azermarka azerbaycan xalq cumhuriyyetinin 100 illiyine hesr edilmis resm musabiqesi elan edir

26 mart tarixindən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  “Azərmarka” MMC tərəfindən 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illik yubileyinə  həsr edilən  rəsm müsabiqəsinə start veriləcək.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, “Yaşa, Azərbaycanım!” adı altında müsabiqənin  keçirilməsində  başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

 

Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, “Aksiya. Yaşa, Azərbaycanım!” qeyd edilməklə poçt vasitəsi ilə  müsabiqənin Təşkilat komitəsinə  (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır.

 

Rəsmlərin qəbulu üçün son tarix 26 apreldir.

 

Qeyd olunan müddətdən sonra göndərilən rəsmlərə və müsabiqənin mövzusuna uyğun olmayan işlərə baxılmayacaq.

 

Aprelin 26-dan mayın 1-dək  münsiflər tərəfindən ümumilikdə  10 ən yaxşı rəsm müəyyənləşdiriləcək.

 

İlk 3 qalib - 1-ci yer – 300 manat, 2-ci yer - 200 manat, 3-cü yer - 100 manat olmaqla pul mükafatına layiq görüləcək. Digər 7 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Ən uğurlu rəsm nümunəsi “Azərmarka” tərəfindən hazırlanan təbrik açıqcasının dizaynı kimi seçiləcək.

 

Bundan başqa, 10 uğurlu rəsm mayın 28-də İçəri şəhərdə keçiriləcək Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgidə nümayiş olunacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272