"Azərsu" Zərdabda suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlayıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Zərdab rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Azərsu” tərəfindən icra olunan layihəyə uyğun olaraq həmin torpaqların suvarılması Kür çayı hesabına həyata keçiriləcək. Bu məqsədlə Kür çayı sahilində, Zərdab rayonunun Təzəkənd kəndi yaxınlığında məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun və nasos stansiyasının tikintisi layihələndirilmişdir. Hazırda su qəbuledici qurğunun  və nasos stansiyasının tikintisinə başlanılıb.

 

Əkin sahələrinə suyun nəqlini təmin etmək məqsədilə 1400 mm diametrli borularla 15 km uzunluğunda magistral kəmərin tikintisi də nəzərdə tutulur. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə 4 nöqtədə magistral kəmərin tikintisi davam etdirilir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün Zərdab 35/10 kilovoltluq yarımstansiyasından stansiyaya qədər 6,5 km uzunluqda elektrik xəttinin çəkilişi işlərinə də başlanılıb.

 

Tikinti-quraşdırma işlərinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, “Azərsu” Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə də  suvarma layihələri icra edəcək. Padarçöl ərazisində 10 min hektar torpağın suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğusunun imkanlarından istifadə etməklə aparılacaqdır. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km uzunluğunda su xətti çəkiləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ