Bakı aeroportu THY-nin Bakı-İstanbul aviareysini "təxirə salır"

baki aeroportu thy nin baki istanbul aviareysini texire salir

Türkiyənin İstanbul şəhərində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar "Türk Hava Yolları" (THY) aviaşirkəti 34 daxili və beynəlxalq reysi təxirə salıb. "APA-Economics" xəbər verir ki, bu barədə THY-nin yaydığı məlumatda deyilir.

 

Təxirə salınan aviareyslərin siyahısına diqqət yetirəndə məlum olur ki, əlverişsiz hava şəraiti Bakıdan İstanbula və əks istiqamətdə yerinə yetirilən reyslərə təsir etməyib.

 

Maraqlıdır ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının rəsmi saytındakı "Reys cədvəli" bölməsində yer alan məlumata əsasən, bu gün səhər saat 06:10-da yerinə yetirilməli olan aviareys təxirə salınıb. Analoji hal ötən gün də yaşanıb. Hətta hava limanının məlumat bürosu da informasiyanı təsdiqləyib.

 

THY-nin Bakı ofisindən isə "APA-Economics"ə bildirilib ki, nə ötən gün, nə də bu gün aviaşirkətin heç bir reysi təxirə salınmayıb.

 

Bununla yanaşı, hava limanının saytında qeyd edilib ki, THY Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına uçuşlar yerinə yetirir və təxirə salınan da məhz həmin reysdir. THY-nin rəsmiləri isə bildirir ki, şirkət artıq ötən ilin sentyabr ayının 2-dən Bakıdan Sabiha Gökçen hava limanına uçuş yerinə yetirmir. "THY yalnız Bakıdan İstanbulun Atatürk hava limanına aviareys yerinə yetirir", - deyə şirkətin rəsmisi bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide jiquli traktora cirpilib 1 nefer olub 3 nefer agir xesaret alib yenilenib
    Ağcabədidə "Jiquli" traktora çırpılıb, 1 nəfər ölüb, 3 nəfər...
  • 174 azerbaycanda startap olmaq asandir
    ® Azərbaycanda Startap olmaq asandır!
174 azerbaycanda startap olmaq asandir 174 azerbaycanda startap olmaq asandir +2
MƏZƏNNƏ
FOREX
/ 20 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ