"Bakı Metropoliteni" sərnişindaşımanı 8% artırıb

baki metropoliteni sernisindasimani 8 artirib

2017-ci ilin yanvar ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 16,7 milyon ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artım müşahidə olunub.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 3,8 faizi dəniz, 7,7 faizi dəmir yolu, 0,1 faizi hava, 57,1 faizi avtomobil nəqliyyatı, 31,3 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 5,1 faiz artaraq 12,1 milyon ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 77,1 faiz təşkil edib.

 

2017-ci ilin yanvar ayında nəqliyyatçılar 141,4 milyon nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87 faizi avtomobil nəqliyyatı, 12,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
 

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar ayı ərzində 1,3 milyon ton yük, 164,8 min sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 20,7 faiz, sərnişin daşınmasında isə 14,2 faiz artım müşahidə olunub.

 

Orta hesabla sutkada 358 vaqon yüklənib, 452 vaqon isə boşaldılıb.

 

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,7 min ton, Qərb istiqaməti üzrə 4,8 min ton, Cənub istiqaməti üzrə isə 1,6 min ton yüklənmə işi yerinə yetirilib.

 

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 641,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 51,3 faiz artıb. Yüklərin 38,9 faizini neft yükləri təşkil edib.

 

Dəniz limanları tərəfindən 894,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 842,3 min tonunu və ya 94,1 faizini tranzit yüklər təşkil edib. 2017-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 32,9 min ton olub.

 

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 20 faiz artaraq 1,2 min nəfər olub.

 

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,5 milyon ton yük, 122,9 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 1,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,5 faizi avtobus, 3,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,9 faiz artıb.

 

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8 faiz artaraq 18,1 milyon nəfər olub.

 

Hava nəqliyyatı ilə 146,7 min və ya 28 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 22,1 faiz artaraq 13,8 min tona çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
  • erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir
    Ərdoğan: ABŞ və terror təşkilatının bayraqlarının birgə dalğ...
erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ