Bakı metrosunda sərnişin axınının tənzimləməsi nəzarətdə saxlanılır

Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı sərnişinlərə yüksək xidməti ilə seçilmiş "Bakı Metropoliteni" QSC yarışların keçirildiyi günlərdə də fəaliyyətini tədbirlər planına uyğun davam etdirir.


"Bakı Metropoliteni" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, İslam Oyunlarının təqviminə uyğun olaraq, yarışların keçirildiyi vaxtlarda idman arenalarına yaxın stansiyalarda sərnişin axınının tənzimləməsi nəzarətdə saxlanılır. Eyni zamanda, qonaqların daha çox axını müşahidə olunan şəhər mərkəzinə, həmçinin Atletlər kəndinin yerləşdiyi əraziyə yaxın olan "Koroğlu" stansiyasında gücləndirilmiş rejimə müvafiq qaydada daimi nəzarət davam etdirilir.


Qeyd edək ki, İslam Oyunlarının proqramına daxil olan yarışların keçirildiyi günlərdə Bakı Metropoliteni fəaliyyətini gecə saat 01:00-a qədər davam etdirir. Sərnişin axınından asılı olaraq, ehtiyac duyularsa, qrafikin uzadılmasının mümkünlüyü də qüvvədə qalır.

 

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi sərnişinlərin, xüsusən də əcnəbi qonaqların xüsusi tələbatını nəzərə alaraq, bu günlərdə könüllülərin də xidmətindən faydalanır. Bu məqsədlə, namizədlərdən seçilmiş 30 könüllü növbəli iş rejimi qaydasında yarış məkanlarına və şəhər mərkəzinə yaxın stansiyaların vestibüllərində və platformasında fəaliyyət göstərir. Ötən günlərin təcrübəsi bir daha sübut edir ki, bu uğurlu addım həm qonaqlara xidmət mədəniyyətinin təşkilində, həm də şəhərimizin təbliğatında xüsusi effektli vasitəyə çevrilib. Metropoliten könüllüləri arasında keçirdiyimiz sorğuya əsasən, onlara həm yerli sərnişinlərin, xüsusən də İslam Oyunlarını izləmək üçün bölgələrimizdən gələnlərin, həm də əcnəbi qonaqların müraciəti kifayət qədər çoxdur. İlk günlərdə bu müraciətlərin sayı, təbii olaraq, daha çox olub. Bununla belə, hazırda hər könüllüyə müraciət edən metro istifadəçilərinin sayı kifayət qədər çoxdur ki, onların da böyük qismi əcnəbilərdir.

 

Onları yarış arenalarına doğru hərəkətlə yanaşı, şəhərimizin sosial-mədəni və iaşə obyektləri, iri ticarət mərkəzləri, gəzməli-görməli yerləri də maraqlandırır. Həm də yarışların ilk günləri ilə müqayisədə bu səpkidə müraciətlərin sayı da artıb. Sərnişinlərin məlumat almaq istədikləri məkanlar arasında İçərişəhər, xüsusən də Qız qalası, həmçinin dənizkənarı bulvar üstünlük təşkil edir. İlk günlərdə metropolitendən istifadə qaydaları, həmçinin gediş haqqının ödənilməsi ilə bağlı məlumat almaq istəyənlərin sayı daha çox olub. Bu mənada məhdud istifadə üçün kartların alınması üstünlük təşkil edir.

 

Əlavə edək ki, “Bakı Metropoliteni” QSC-də yarış və şəhərin əsas sosial-mədəni obyektlərinin qeyd olunduğu paytaxtın xüsusi xəritəsi olan yaddaş kitabçaları da hazırlanıb. Aksiyanın məqsədi qonaqların bu obyektlərə daha rahat çatmasını təmin etmək, bununla yanaşı, şəhərin digər sosial-mədəni obyektlərini təbliğ etməkdir. Daha geniş auditoriyada yayılmasını təmin etmək üçün yaddaş kitabçaları Bakının ən iri ticarət mərkəzlərinə və mehmanxanalarına təqdim olunub. Ötən günlər onu da bir daha əyani nümayiş etdirdi ki, bu kitabçalar şəhərimizin qonaqlarının ürəyincədir.

 

Bakı Metropoliteni” QSC IV İslam Həmrəyliyi Oyunları ərzində fəaliyyətini təsdiq olunmuş tədbirlər planına uyğun qurur. Açılış mərasimində olduğu kimi, mayın 22-də - bağlanış tədbirinin keçiriləcəyi gecə ərzində də metropoliten fəaliyyətini gecə saat 02:00-a qədər davam etdirəcək. Lakin zərurət yaranarsa, açılış mərasimində olduğu kimi, metropolitenin fəaliyyəti daha gec saatlara qədər uzadılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ