Bakı Nəqliyyat Agentliyi və “Caspian European Club” əməkdaşlığı genişləndirir

baki neqliyyat agentliyi ve caspian european club emekdasligi genislendirir

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun nümayəndə heyətini qəbul edib.

 

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlığı genişləndirmək imkanları, “Caspian European Club”un fəaliyyəti, ölkənin nəqliyyat sketorunun inkişafı və yaxşılaşdırılmasının əsas məqamları, yeni texnologiyaların tətbiqi imkanları, həmçinin əhali və gənclər arasında maarifləndirmə proqramlarının həyata keçirilməsi müzakirə olunub.  

 

T. Əliyev göstərilən diqqətə və “Caspian European Club” ilə sıx əməkdaşlığa görə Bakı Nəqliyyat Agentliyinin direktoru V. Kərimova minnətdarlığını bildirib. O, ikitərəfli əməkdaşlığın nəqliyyat sahəsindəki problemlərin həllinə yardım edəcəyinə, “Caspian European Club”un isə öz növbəsində bizneslə Agentlik arasında fəal dialoqun davamı üçün təkliflər üzrə səylərini əsirgəməyəcəyinə ümid bəslədiyini deyib.

 

Görüşün yekununda daimi işçi qrupun yaradılması haqda razılıq əldə olunub. İşçi qrup çərçivəsində “Caspian European Club”, “Caspian American Club” və “Caspian European Club”un üzv şirkətlərinin nəqliyyat sektorundakı problem, xahiş və təklifləri operativ şəkildə müzakirə olunacaq.

 

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

 

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

 

“Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268