Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsi ilə ödəniləcək

bakida daha bir marsrut xettinde gedis haqqi bakikart vasitesi ile odenilecek

Bakıda daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, 17 fevral tarixindən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.

 

52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün BNA tərəfindən zəruri işlərin görülməsi təmin edilib.

 

Qeyd edək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsi ilə həyata keçirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub
    Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ...
  • fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2
    FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlum...
fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272