Bakıda "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit" mövzusunda beynəlxalq konfransı keçirilir

Bu gün Bakıda "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür" devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit"  mövzusunda beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.

 

"APA-Economics" xəbər verir ki, konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar "Azərsu" ASC və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə baş tutur.
 

Konfransda "Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi", "Qədim tarixi su qurğuları", "Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər", "İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi" mövzularında sessiyalar təşkil ediləcək.

 

BMT-nin "Davamlı İnkişaf Məqsədləri-2030" hədəflərindən biri olan "Təmiz su və sanitariya" hədəfini dəstəkləyən Beynəlxalq Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısı, 8-ci Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü iclası baş tutacaq, eyni zamanda Şollar-Bakı Su təchizatı Qurğuları Kompleksinin istismara verilməsinin 100 illik yubileyi qeyd olunacaq. Su həftəsi çərçivəsində keçirilən tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.

 

Yubiley tədbirləri çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksi barədə foto və rəsm sərgiləri keçiriləcək, "Azərsu" ASC və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi "Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanacaq.

 

Həftə müddətində xarici qonaqların Şollar Su mənbəyinə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Heydər Əliyev Mərkəzinə səfərləri təşkil olunacaq. Həftənin sonuncu günü, martın 18-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ərazisində xarici qonaqların iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.

 

I Bakı Beynəlxalq Su Həftəsi Azərbaycan xalqının milli bayramlarından olan və  YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz Bayramı ərəfəsinə təsadüf etdiyindən ölkəmizə gələn qonaqlar Azərbaycan milli mədəniyyətinin nümunələri ilə yaxından tanış olmaq imkanı da qazanacaqlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ