Bakıda subasma baş verən ərazilərin infrastrukturu dəyişdiriləcək

bakida subasma bas veren erazilerin infrastrukturu deyisdirilecek

"Bakının Sabunçu rayonu Zabrat qəsəbəsinin bəzi sahələrində subasma həmin ərazidə kommunikasiya sisteminin müvafiq tələblərə cavab verməməsi ilə əlaqədardır". "APA-Econoimcs" xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.


Onun sözlərinə görə, hazırda sözügedən ərazidə mövcud olan problemi aradan qaldırmaq üçün yeni layihələr hazırlanır: "Layihələrin hazırlanması prosesi başa çatdıqdan sonra maliyyələşmə məsələsinə baxılacaq. Bu layihələr icra olunaraq sözügedən ərazidə mövcud olan problemlərin aradan qaldırılması planlaşdırılır".

Sədr əlavə edib ki, Bakının bir neçə ərazisində yağış zamanı su səviyyəsi kritik həddə çatır. Onun sözlərinə bunun da səbəbi həmin ərazilərdə müvafiq infrastrukturun olmaması və ya mövcud infrastrukturun bəzi tələblərə cavab verməməsidir. "Bu çatışmazlıqları aradan qaldırmaq üçün aidiyyatı üzrə mühəndis və layihə işləri icra olunacaq", - deyə o bildirib.
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ