I Beynəlxalq Su Həftəsinin iştirakçıları Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüşüb

Bakıda keçirilən Birinci Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik  yubiley tədbirləri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində yerləşən Hacı Zeynalabdin Tağıyevin ev muzeyində kompleksin tikintisində müstəsna xidmətləri olmuş Uilyam Lindleyin və Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüş keçirilib.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən xəbərə görə, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı H. Z. Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış ev muzeyi barədə  ətraflı məlumat verib. N. Vəlixanlı bildirib ki, H. Z. Tağıyevin vaxtilə yaşadığı binada yerləşən muzeydə onun həyat və fəaliyyətini, o dövrün ictimai-siyasi, sosial-iqtisadi mənzərəsini əks etdirən qiymətli sənədlər və eksponatlar saxlanılır.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, XX əsrin əvvəllərində çəkilən Şollar kəməri Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi olaraq yenicə diqqəti özünə cəlb edən Bakı şəhəri üçün də nicat, xilas missiyasına çevrilib.

 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şollar-Bakı Su Kəmərinin istifadəyə verilməsi və fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, bildirib ki, Şollar mənbəyindən Bakıya su kəmərinin çəkilməsi ideyasının dəstəklənməsində və layihənin reallaşdırılmasında  U. Lindley və H. Z. Tağıyevin xüsusi xidmətləri olub. Bakının neft milyonçularından olan  Tağıyev bir sıra sosial layihələri həyata keçirib ki, onların arasında Şollar-Bakı su kəməri xüsusi qeyd olunmalıdır: “Tağıyev Bakı Şəhər Dumasının üzvü olmaqla yanaşı, həm də Su Təchizatı Komissiyasında təmsil olunurdu. O, Avropa ölkələrinə səfərlərində su və kanalizasiya sistemləri ilə yaxından tanış olur və Bakı şəhəri üçün də belə bir layihəni vacib sayır və bu məsələni şəhər rəhbərliyi qarşısında qaldırırdı. Məhz onun və Lindleyin prinsipiallığı nəticəsində Şollar-Bakı layihəsi reallaşıb və Bakıda ilk dəfə mərkəzləşdirilmiş şəbəkə qurulub. Odur ki, bizlər və gələcək nəsillər Bakı şəhərinin içməli su təchizatında müstəsna xidmətləri olan Tağıyevin və Lindleyin xatirəsini heç zaman unutmayacağıq”.

 

Layihənin 100 illiyi münasibətilə Lindleylər ailəsi adından təşəkkürlərini bildirən Eugen Jozef  ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib, bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd edib. H. Z. Tağıyevin nəticəsi Kamilla Abdullayeva ulu babasının xatirəsinin uca  tutulmasından minnətdarlığını bildirib.

 

Sonra  “Azərsu” ASC adından Milli Azərbaycan Tarixi Muzeyinə üzərində H. Z. Tağıyev və U. Lindleyin şəkli həkk olunmuş lövhə hədiyyə olunub. Muzey də öz növbəsində qonaqlara H. Z. Tağıyevə həsr olunmuş nəfis tərtibatlı kitab-albom və “Muzeyin inciləri” kataloqunu hədiyyə edib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ