Birinci mikrorayondakı sosial obyektlərə baxış keçiriləcək

birinci mikrorayondaki sosial obyektlere baxis kecirilecek

“Birinci mikrorayonda 1 travmatologiya dispanseri, 2 uşaq bağçası, 1200 nəfərlik 1 məktəb, 1 poliklinika, 1 uşaq yaradıcılıq mərkəzi var. Həmin sosial obyektlərə baxış keçiriləcək. Bu obyektlərin vəziyyəti qənaətbəxş olsa, onlar sökülməyəcək. Yox əgər, vəziyyətləri qənaətbəxş olmayacaqsa, onlar da söküləcək və yeniləri inşa olunacaq”. APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirdiyi brifinqdə deyib. 

 

E. Əsədov 1-ci mikrorayondakı ticarət və kommersiya məqsədləri üçün istifadə olunan qeyri-yaşayış sahələrinin də taleyinə aydınlıq gətirib. O qeyd edib ki, ticarət və kommersiya obyektlərinin kompensasiya məsələsi ərazidə tikinti aparacaq şirkətlər tərəfindən qarşılanacaq: “Qeyri-yaşayış sahələrinin sahibləri istəsələr öz obyektlərini birdəfəlik sata və yeni inşa olunacaq obyektlərə iddiaçı olmaya bilərlər”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ