BNA avtobus dayanacağında qanunsuz parklanma nişanı aşkarlayıb

bna avtobus dayanacaginda qanunsuz parklanma nisani askarlayib

Bakıda qanunsuz yol nişanlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) “APA-Economics”ə verilən məlumata görə, iyulun 10-da Yasamal rayonu Nazim Hikmət küçəsinə keçirilən baxış zamanı avtobus dayanacağı məntəqəsinə parklanma nişanın qoyulduğu aşkar edilib.

 

“Məlumat üçün bildiririk ki, müntəzəm marşrut avtobusları üçün nəzərdə tutulan dayanacaq məntəqəsinin yaxınlığına standartlara uyğun olmayan nişanın qoyulması qanunsuz olaraq həyata keçirilib. Belə ki, Yol Hərəkəti haqqında Qanunun müvafiq maddəsinin tələbinə əsasən Bakı şəhərinin inzibati ərazisində yollarda yol nişanlarının qurulması Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla, BNA tərəfindən həyata keçirilir. Sözügedən ünvanda qanunsuz yol nişanı quraşdıran şəxslər barəsində zəruri inzibati tədbirlərin görülməsi təmin ediləcək”, - deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ