BNA Bakının iki küçəsində nəqliyyat yükünün azaldılması üçün hökumətə təkliflər təqdim edib

bna bakinin iki kucesinde neqliyyat yukunun azaldilmasi ucun hokumete teklifler teqdim edib

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bakıda Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, 4 zolaqlı yolda təhlillər aparıb.

 

BNA-dan “APA-Economics”ə verilən məlumata görə, aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib. Qurumdan bildirilib ki, Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir.

 

“Bu səbəbdən, hazırda alternativ olaraq Yusif Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır. Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin hazırladığı həll planına əsasən, qeyd edilən ünvanda yaşayan sakinlərin Yusif Səfərov küçəsinə qısa vaxt ərzində rahat çıxışını təmin etmək və yeni salınmış yolun funksionallığını artırmaq məqsədilə, Fəzail Bayramov küçəsinin Babək prospekti ilə kəsişməsinə çatmamış geriyə dönmə yerinin təşkil edilməsi təklif edilir. Bu həll variantının reallaşması Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin Yusif Səfərov küçəsinə rahat çıxışının təmin edilməsinə, yeni salınmış yolun funksionallığının artırılmasına, Babək, Xocalı prospektləri və Afiyəddin Cəlilov küçəsində nəqliyyat yükünün qismən azaldılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanıb.

 

BNA-dan bildirilib ki, təklif baxılması üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • banm ve bmt nin unitar teskilati arasinda memorandum imzalanib
    BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalan...
  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
muhendis qosunlarinin telimi kecirilir muhendis qosunlarinin telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267