BNA daha bir idman arenası istiqamətində ekspress xətt təşkil edib

bna daha bir idman arenasi istiqametinde ekspress xett teskil edib

“IV İslam Həmrəyliyi Oyunları” çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin “APA-Economics”ə verdiyi məlumata görə, bunun üçün 18 may tarixində BNA-nın ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya eləcə də əks istiqamətdə hərəkət edəcək.

 

“Həmçinin yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun “Neftçilər” stansiyasından “Dalğa Arena” (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq”,  - deyə məlumatda qeyd olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
  • ankarada qarabag parkinin acilisi olub
    Ankarada Qarabağ Parkının açılışı olub
ankarada qarabag parkinin acilisi olub ankarada qarabag parkinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ