Bu il Azərbaycanda taksi xidmətindən istifadə sayı 21 milyondan çox olub

bu il azerbaycanda taksi xidmetinden istifade sayi 21 milyondan cox olub

Cari ilin yanvar-aprel ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,9 mln. ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,5% artım müşahidə olunub.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 4,2%-i dəniz, 6,4%-i dəmir yolu, 0,1%-i hava, 61,1%-i avtomobil nəqliyyatı, 28,2%-i isə boru kəməri ilə daşınıb.

 

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,6% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79,7% təşkil edib.

 

Bu ilin yanvar-aprel aylarında nəqliyyatçılar 619,9 mln. nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,2%-i avtomobil nəqliyyatı, 12,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-aprel ayları ərzində 4,4 mln. ton yük, 828,4 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7% azalma, sərnişin daşınmasında isə 3,2% artım müşahidə olunub.

 

Orta hesabla sutkada 316 vaqon yüklənib, 390 vaqon isə boşaldılıb.

 

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,0 min ton, qərb istiqaməti üzrə 4,7 min ton, cənub istiqaməti üzrə isə 0,4 min ton yüklənmə işi yerinə yetirilib.

 

Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 2842,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4% artıb. Yüklərin 51,5%-ni neft yükləri təşkil edib.

 

Dəniz limanları tərəfindən 3381,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3198,6 min tonunu və ya 94,6%-ni tranzit yüklər təşkil edib. Cari ilin may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 74,6 min ton olub.

 

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 27,4% azalaraq 4,5 min nəfər olub.

 

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatına gəlincə, bu nəqliyyat sektorunda 41,5 mln. ton yük, 540,6 mln. sərnişin daşınıb və 2017-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 1,4% artım qeydə alınıb. Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,6%, sərnişin dövriyyəsi isə 1,5% artıb.

 

Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,5% artaraq 77,8 mln. nəfər olub.

 

Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 648,8 min və ya 6,8% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 40,5% artaraq 50,4 min tona çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027