Bu ilin ilk rübündə Azərbaycanda 35 min daimi iş yeri açılıb

bu ilin ilk rubunde azerbaycanda 35 min daimi is yeri acilib

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 aprel 2018-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 765 min olmaqla 565,2 min daimi iş yeri yaradılıb.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin I rübü ərzində ölkədə 43,8 min yeni, o cümlədən 34,8 min daimi iş yeri açılıb.  Bu dövrdə yaradılmış iş yerlərinin 59,6%-i qeyri-dövlət sektorunda açılıb.

 

Yeni iş yerlərinin 35,5%-i Bakı şəhərinin, 1,4%-i Naxçıvan Muxtar Respublikasının, 63,1%-i regionların, o cümlədən 16,2%-i Aran, 11,3%-i Gəncə-Qazax, 10,3%-i Lənkəran, 6,6%-i Abşeron, 6,4%-i Yuxarı Qarabağ, 4,1%-i Quba-Xaçmaz, 4%-I Şəki-Zaqatala, 3,9%-i Dağlıq Şirvan, 0,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

 

Daimi iş yerlərinin 9,5%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 38,1%-i mövcud müəssisə və təşkilatlarda, 0,6%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 51,8%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

 

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 26,4%-i su təchizatı; tullantıların təmizlənməsi və emalı, 15%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4%-i tikinti, 10,6%-I dövlət idarəetməsi və müdafiə, sosial təminat, 8,1%-i emal sənayesi, 4,4%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 15,2%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027