Dövlət Gömrük Komitəsinin sədri Küveyt səfiri ilə görüşüb

dovlet gomruk komitesinin sedri kuveyt sefiri ile gorusub

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev ölkələrimiz arasında əlaqələrdən söhbət açıb, əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

 

Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

 

A.Əliyev eyni zamanda, turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Son bir il ərzində bir sıra ölkələrin, o cümlədən Körfəz ölkələrinin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş vizanın tətbiqi ilə Azərbaycana səyahət edən turistlərin sayının əhəmiyyətli dərəcədə artdığı da qeyd edilib. Ölkəmizə səyahət edən turistlərin daha rahat giriş-çıxışını təmin etmək üçün mövcud gömrük qaydaları barədə  də  qonaqlara ətraflı məlumat verilib.

 

Küveyt səfiri ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Azərbaycanı və Körfəz ölkələrini ümumi maraqların birləşdirdiyini vurğulayan səfir Küveyt Dövlətinin Azərbaycanla münasibətləri bütün sahələrdə, eləcə də  gömrük xidməti sahəsində genişləndirməkdə maraqlı olduğunu bildirib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ