Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi sərnişindaşıma sahəsində bəzi sahibkarların fəaliyyətini tənqid edib

dovlet avtomobil neqliyyati xidmetinin reisi sernisindasima sahesinde bezi sahibkarlarin fealiyyetini tenqid edib

"Təəssüf hissi ilə qeyd edilməlidir ki, nəqliyyat vasitələrin reysqabağı texniki vəziyyətinin yoxlanılması və sürücülərin tibbi müayinəsi ilə əlaqədar bir sıra çatışmazlıqlar mövcuddur".

 

"APA-Economics" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

 

“Qanunvericilikdə müəyyən edilmiş vəzifələrimizin yerinə yetirilməsində, bu yoxlamaların aparılma mexanizmində, habelə hüquqi məsuliyyət məsələlərində boşluqlar var. Belə ki, yetərli sayda qaraj təsərrüfatı yoxdur, daşıyıcılar əsasən maddi-texniki bazası zəif olan fərdi sahibkarlardır. Belə vəziyyət bizi qane etmir və bu çatışmazlıqların aradan qaldırılması və yoxlamaların aparılması metodologiyasının təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər hazırlanır, bu sahədə məsləhət xidmətləri göstərən şirkətlərlə əməkdaşlıq nəzərdə tutulur”,- deyə H.Həsənov vurğulayıb.

 

H.Həsənov onu da əlavə edib ki, narahatlıq doğuran əsas məqamlardan biri də nəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir: “Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77%-i, yük avtomobillərinin isə 81%-nin yaşı 10 ildən çoxdur”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272