Dünya Su Forumunun növbəti toplantılarından biri Azərbaycanda keçirilə bilər

dunya su forumunun novbeti toplantilarindan biri azerbaycanda kecirile biler

Bakıda Beynəlxalq Su Resursları Assosiasiyasının Dünya Su Şurasının İdarə Heyətini 61-ci toplantısı keçirilir.

 

"APA-Economics" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev tədbir iştirakçılarına məktub ünvanlayıb. Məktubu tədbir iştirakçılarına prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov çatdırıb. Məktubda deyilir: "Hörmətli toplantı iştirakçıları! Hazırda dünyada qlobal su çatışmazlığı problemlərinin təkmilləşdirilməsi, su resurslarından səmərəli istifadə və su ehtiyatlarına inteqrasiyanın idarə olunması, transsərhəd su resurslarının istifadəsi və qorunması zəruridir. Ötən il bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda əhalin keyfiyyətli içməli su ilə davamlı təmin edilməsi, insanlara göstərilən sanitariya xidmətlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Yeni texnologiyalara əsaslanmaqla içməli su və kanalizasiya layihələri, əhalinin sağlamlığının qorumasına, həmçinin ekoloji təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərir. Ölkəmizin dünya su sektorunda nüfuzlu təşkilatlardan sayılan Dünya Su Şurasının təmsil olunması, bu sahədə əlaqələrin genişləndirilməsi və qarşıya çıxa biləcək problemlərin birgə səylərlə aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir".

 

Ölkə başçısı tədbir iştirakçılarına səmərəli müzakirə arzu edib.

 

Daha sonra çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, rəhbərlik etdiyi qurum bundan sonra da su ilə əlaqəli və ekoloji problemlərin həllinə dəstək verəcək.

 

Onun sözlərinə görə, Beynəlxalq Su Resursları Assosiasiyasının 18-ci Dünya Su Konqresinin, Dünya Su Forumunun növbəti toplantılarından birinin Azərbaycanda keçirilməsi üçün namizədliyimiz irəli sürüləcək.

 

Q.Hüseynov qeyd edib ki, "Azərsu" ASC Dünya Su Şurasının ən gənc üzvlərindəndir: "Azərbaycan hökuməti su sektoru və ətraf mühitə böyük diqqət yetirdiyi üçün Dünya Su Şurasında fəaliyyətimiz dəstəklənir. Biz də öz növbəmizdə Şuranın işinə fəaliyyətimizlə töhfə verib, onların təcrübələrindən faydalanacağıq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ