Dünyaca məşhur “Anadolu Atəşi” qrupunun Qəbələdə konserti olacaq

dunyaca meshur anadolu atesi qrupunun qebelede konserti olacaq

Türkiyənin dünyaca məşhur rəqs qrupu “Anadolu Atəşi”nin xüsusi konsert proqramına ev sahibliyi edəcək.

 

“Gilan Hospitality Group”dan “APA-Economics”ə verilən məlumata görə, qrupun konserti beynəlxalq tədbirlərin və görüşlərin məkanı olan Qəbələ Konqres mərkəzində olacaq.

 

Konsertin təşkilatçısı “Gilan Hospitality Group”un İcraçı Direktoru Elgün Məmmədov konsert haqqında bildirib ki, artıq bir neçə ildir ki, Qəbələ şəhəri bir sıra mühüm tədbirlərə ev sahibliyi edir: “Bunlardan ən vacibi Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Bu cür tədbirlərin davamı olaraq, “Anadolu Atəşi” rəqs qrupunun Qəbələ səfəri mühüm mədəni hadisədir. Qrupun Qəbələdəki çıxışı insanların mədəniyyətlərin bir birinə təsirini, müasir dövrümüzdə tarixin bizə irs qoyduğu musiqini və rəqsləri hiss etməyə və bir anlıq keçmişə səfər etməyə şərait yaradır. Konsertin Novruz bayramı ərəfəsində keçirilməsi isə heç də təsadüf deyildir. Bu konsert bayram ərəfəsində qonaqlarımıza mədəni həzz yaşatmaq üçün nəzərdə tutulub. Gələcəkdə Qəbələ şəhəri bu cür tədbirlərlə daha çox Azərbaycan tamaşaçısını və şəhərimizin qonaqlarını sevindirməyə davam edəcək”.

 

Qeyd edək ki, “Anadolu Atəşi” rəqs qrupu 93 ölkədə 3850 canlı rəqs performansı ilə 31 milyondan çox tamaşaçı tərəfindən izlənilmişdir. Qrupun rəqslərinin əsas konserti mədəniyyətlərin qovuşması və dünyəvi dəyərləri aşılamaqdır. Rəqs qrupunun çıxışları tarixən Anadolunun mifoloji və kultural tarixindən qaynaqlanır. Rəqslərin əsas ritmləri yüzlərcə xalq rəqsləri və xalq musiqisinin sinxron təcəssümüdür. Qrupu əsas məqsədi Anadolunun yüzlərcə illik sevgi, mədəniyyət və tarix elementlərinin əks edilməsidir.

 

“Gilan Hospitality Group” isə Azərbaycanda qonaqpərvərlik və turizm sahəsində idarəçilik xidməti göstərən şirkətdir. Şirkətin tabeçiliyində olan otellər qrupu Azərbaycanın əsas turizm mərkəzləri olan Bakı, Qəbələ və Lənkəranda yerləşir. “Gilan Hospitality Group” tərəfindən idarə olunun otel fəaliyyəti 3 qrupa bölünür: şəhər otelləri, resort otellər və butik otellər. Bunlarla yanaşı, GHG-nin portfelinə Termal oteli də daxildir. Qrupun ölkənin müxtəlif regionlarında 1000-dən artıq işçisi vardır ki, bu da güclü sosial-iqtisadi inkişafa təsir deməkdir. Şirkətin idarəçiliyində olan otellər “Qafqaz Hotels&Resorts” brend adı altında fəaliyyət göstərir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ