Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə müraciətlərin sayı açıqlanıb

emek muqavilesi bildirisi uzre elektron informasiya sistemine muracietlerin sayi aciqlanib

Cari ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 279 438 müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə çoxdur.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müraciətlərin 239 316-sı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə, 16 808-i “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə, qalanı isə “İş yerinə dair arayış” e-xidmətinə aid olub.

 

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron qeydiyyatının aparılması yolu ilə rəsmiləşdirilməsinə və şəffaflaşdırılmasına xidmət edir. Sistem həmçinin işçilərə onlarla əlaqədar sistemə daxil edilən bildirişlər barədə məlumat öyrənmələrinə, onlara lazım olan məlumatları elektron sənəd kimi formalaşdıra və ya kağız formasında çap edə bilmələrinə imkan verir. İşçilərin və işəgötürənlərin qanunvericilikdən irəli gələn hüquqlarının əsaslı təminat vasitəsi olan bu sistem eyni zamanda əmək münasibətlərinin əhatəli uçotunun aparılmasına, bu sahə ilə bağlı real vəziyyəti əks etdirən məlumat bazasının formalaşmasına şərait yaradıb. 

 

Hazırda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi dünyada ən mütərəqqi təcrübə nümunələrindən biri kimi qəbul edilərək yüksək dəyərləndirilir. Ötən ay isə BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən bu sistem “Çempion layihə” mükafatına layiq görülüb.

 

“Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə tətbiqinə başlanıldığı 2014-cü ilin iyul ayından bəri 8,8 mln. dəfədən çox müraciət qeydə alınıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ