I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Şollar su mənbəyinə səfər təşkil olunub

Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyi qeyd olunur.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən tədbirdə ölkəmizə gələn xarici qonaqlar, kompleksin layihə rəhbəri Uilyam Lindleyin nəslinin nümayəndələri bu gün Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Taxtakörpü su anbarına və Xaçmaz rayonu ərazisində yerləşən Şollar su mənbəyinə səfərləri təşkil olunub. Şollar su mənbəyi ilə tanış olan qonaqlara bildirilib ki, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi Abşeron yarımadasının içməli su ilə təmin olunması üçün yaradılmış ilk infrastrukturdur.

 

Kompleks 1911-1917-ci illərdə ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında inşa edilib. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ağır iqtisadi şəraitə, gərgin və ziddiyyətli siyasi proseslərə baxmayaraq Şollar mənbəyindən Bakıya magistral su kəmərinin çəkilməsi mümkün olub. 186 km uzunluğunda olan magistral su kəməri artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. 100 il fasiləsiz olaraq Bakını su ilə təmin edən mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda kend teserrufati mehsullari yarmarkasi teskil edilib fotosessiya
    Göyçayda kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edili...
  • erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib
    Ərdoğan 4 ərəb ölkəsinin Türkiyə qarşı hörmətsizlik nümayiş ...
erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib erdogan 4 ereb olkesinin turkiye qarsi hormetsizlik numayis etdirdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ