İslamiadanın açılışı zamanı 17 mindən çox sərnişin Bakı Olimpiya Stadionuna daşınıb

islamiadanin acilisi zamani 17 minden cox sernisin baki olimpiya stadionuna dasinib

"IV İslam Həmrəyliyi Oyunları"nın açılış mərasimi günü əvvəlcədən müəyyən edilən üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təmin edilib.


BNA-dan "APA-Economics"ə verilən məlumata görə, mayın 12-də nəzərdə tutulan nəqliyyat əməliyyatları üçün Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına ümumilikdə 353 (159 perronlar üzrə, 194 ehtiyat ərazi) nəqliyyat vasitəsi cəlb olunub.

 

Həmin avtobuslardan:

 

- X1 xətti üzrə 45 nəqliyyat vasitəsi perron üzrə, 50 avtobus ehtiyata;

 

- X2 xətti üzrə 46 nəqliyyat vasitəsi perron üzrə, 64 avtobus ehtiyata;

 

- X3 xətti üzrə 68 nəqliyyat vasitəsi perron üzrə, 80 avtobus ehtiyata yerləşdirilib.

 

Açılış mərasimi zamanı 17 489 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 9 320 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb.

 

 - X1 xətti üzrə 116 avtobus ilə 5513 sərnişin gətirilib, 64 avtobus ilə 3351 sərnişin;

 

- X2 xətti üzrə 123 avtobus ilə 7229 sərnişin gətirilib, 68 avtobus ilə 3060 sərnişin;

 

- X3 xətti üzrə 127 avtobus ilə 4297 sərnişin gətirilib, 58 avtobus ilə 2909 sərnişin aparılıb.

 

Əlavə olaraq, 8 avtobus ilə 450 nəfər Polis Akademiyasının müdavimi daşınıb.

 

Terminala cəlb edilən avtobusların reysqabağı texniki vəziyyəti yoxlanılıb, 155 nəfər sürücünün isə reysqabağı tibbi müayinədən keçməsi təmin edilib. 4 nəfər sürücü təzyiqi yüksək olması səbəbindən xətdən kənarlaşdırılıb. "İ-Qafqaz" firmasına məxsus 10 TH 211 dövlət qeydiyyat nişanlı avtobus X3 xətti üzrə hərəkət edərkən sürət həddini aşdığına görə sürücü xətdən kənarlaşdırılıb və avtobus ehtiyat əraziyə yerləşdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
  • ankarada qarabag parkinin acilisi olub
    Ankarada Qarabağ Parkının açılışı olub
ankarada qarabag parkinin acilisi olub ankarada qarabag parkinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ