Məmmədyarov: “Aİ-nin Azərbaycana və onun ticarət dəhlizlərinə necə praktik dəstək verdiyini görmək istərdik”

memmedyarov ai nin azerbaycana ve onun ticaret dehlizlerine nece praktik destek verdiyini gormek isterdik

Bakı-Tbilisi-Qars nəinki Azərbaycan, Gürcüstan və Türkiyə üçün, həmçinin, Asiya və Evropa ölkələri üçün də imkanlar açacaq. Bu, Lapis Lazuli ticarət və tranzit dəhlizində Əfqanıstanın ticarət potensialını artırmaq və onu Avropaya birləşdirmək məqsədi daşıyan mühüm bir əlaqədir”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxışı zamanı bildirib.
 

“Təsadüfi deyildir ki, Xəzər regionu və Orta Asiyanın daxili və xaricində olan bir çox ölkələr bu dəmir yolundan ticarət məqsədləri üçün istifadə etməyə maraq göstərirlər. Aİ-ın bu dəmir yolu əməliyyatlarına daxil olmasını alqışlayan bəyanatı bu layihənin yalnız bu əsas region üçün deyil, həm də Avropa üçün əhəmiyyətini tanımasının göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Aİ ilə ticarət-nəqliyyat sahəsində əməkdaşlıq perspektivini araşdırmaq niyyətindədir. Bəyanatlar və deklarasiyalarla özümüzü məhdudlaşdırmayaraq, Avropa Birliyinin praktik baxımından Azərbaycan və onun ticarət dəhlizlərinə Trans-Avropa nəqliyyat şəbəkələrinin genişləndirilməsi prosesində necə dəstək və töhfə verdiyini görmək istərdik. Ötən ilin noyabr ayında Avropa Komissiyasının vitse-prezidenti xanım Mogerini ilə birlikdə bu mövzuda Yüksək Səviyyəli Sənədə imza atmağım Azərbaycanın BTQ və digər layihələrin birgə faydaları və vizionunu avropalı tərəfdaşlarımızla həyata keçirmək öhdəliyinin göstəricisidir”, - deyə o vurğulayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267