MİDA ilk şəhərciyin salınacağı ərazini müəyyənləşdirib

mida ilk seherciyin salinacagi erazini mueyyenlesdirib

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrasına başlayır.

 

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, artıq ilk şəhərciyin salınacağı ərazi müəyyən edilib. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə tikiləcək. Nazirlər Kabinetinin qərarı ilə sözügedən ərazi Dövlət Agentliyinin tabeliyində olan və çoxmənzilli binaların tikintisinin sifarişçisi qismində çıxış edən MİDA MMC-nin sərəncamına verilib.

 

Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin tikilməsi planlaşdırılan ərazinin seçilməsi zamanı insanların rahat yaşayışı üçün zəruri olan bütün amillər nəzərə alınıb. İlk güzəştli mənzillərin inşa olunacağı ərazi şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşir. Bu əraziyə bitişik şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Eyni zamanda, seçilmiş ərazinin paytaxtın əsas iş yeri mərkəzlərinə yaxınlığı insanların çox vaxt itirmədən öz iş yerlərinə çatmasına imkan verəcək. Bu məqsədlə şəhərciyin salınacağı ərazidə yeni təşkil ediləcək nəqliyyat sisteminin Bakı şəhərinin mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası da layihə çərçivəsində nəzərə alınacaq.

 

Şəhərcikdə çoxmənzilli binalarla yanaşı vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə məişət və xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.

 

Seçilmiş ərazidə çoxmənzilli binaların tikintisinə başlanılması üçün artıq şəhərsalma əsaslandırılmasının hazırlanması başa çatmaq üzrədir. Tezliklə tikintinin işçi layihəsinin hazırlanmasına başlanılacaq və layihələndirmə işləri bitdikdən sonra dərhal inşaata start veriləcəkdir. Artıq mühəndis-kommunikasiya sistemlərinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə texniki şərtlərin alınması işlərinə başlanılıb. İnşa olunacaq binalar yaşayış üçün zəruri olan rabitə və kommunal xidmətləri ilə tam təmin olunacaq.

 

İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.

 

Agentlik vətəndaşların güzəştli şərtlərlə mənzil ilə təmin edilməsini nəzərdə tutan vəzifələrin layiqincə yerinə yetirilməsini və bu layihənin uğurla reallaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:31 01 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • birinci vitse prezident mehriban eliyeva turkan qesebesindeki xususi internat mektebinde olub
    Birinci vitse-prezident Mehriban Əliyeva Türkan qəsəbəsindək...
  • terterde heyvanlar arasinda kutlevi xestelik yayilib
    Tərtərdə heyvanlar arasında kütləvi xəstəlik yayılıb...
terterde heyvanlar arasinda kutlevi xestelik yayilib terterde heyvanlar arasinda kutlevi xestelik yayilib +2
MƏZƏNNƏ
FOREX
/ 01 Mart, 2017

USD
1.7515
 
EUR
1.8483
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ