Mineralnıye Vodı ilə Bakını sürətli qatar birləşdirə bilər

mineralniye vodi ile bakini suretli qatar birlesdire biler

Rusiyanın Şimali Qafqaz məsələləri üzrə Nazirliyi yanında İctimai Şuranın üzvləri yeni Stavropol vilayətinin Mineralnıye Vodı şəhəri ilə Bakını birləşdirəcək yüksəksürətli dəmir yolu əlaqəsinin yaradılmasını təklif edir.

 

"APA-Economics" xəbər verir ki, bu barədə İctimai Şuranın sədri, Strateji təşəbbüslər agentliyinin baş direktoru Ənvər Hacıyev bildirib.

 

Onun sözlərinə görə, layihənin əsas məqsədi turistləri vaxt itkisindən azad etməkdir. Belə ki, Bakıdan Mineralnıye Vodı şəhərinədək avtomobillə 10 saatdan artıq bir vaxt sərf etməklə çatmaq mümkündür. Yüksəksürətli qatarın işə düşməsi isə bu problemi aradan qaldıracaq. Beləliklə, turist axınının artırılmasına nail olmaq mümkündür.

 

Ə. Hacıyev bildirib ki, Azərbaycan tərəfi də bu layihəni dəstəkləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273