Moskvanın "Vnukovo" aeroportundan Qəbələ və Gəncəyə aviareyslər açılır

moskvanin vnukovo aeroportundan qebele ve genceye aviareysler acilir

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli brendi AZALJET Moskvanın "Vnukovo" hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bununla bağlı Moskvada AZAL-ın vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə tədbir keçirilib.

Tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Şövqi Mehdizadə iki ölkə arasındakı münasibətlərdən danışıb. İqtisadi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan diplomat AZAL və "Vnukovo" hava limanı arasındakı əməkdaşlığın bu münasibətlərə töhfə verəcəyini qeyd edib.

 

E.Hacıyev isə çıxışında bildirib ki, bu gün Moskva-Gəncə, sabah isə Moskva-Qəbələ reysinin açılışı olacaq: "Bu Azərbaycana açılan yeni turistik reyslərdir. Fürsətdən istifadə edib Azərbaycanda istirahət etmək istəyən Rusiya vətəndaşlarını bu reyslərlə uçmağa dəvət edirik".

 

E. Hacıyev Moskva-Gəncə, Moskva-Qəbələ reyslərinə biletlərin qiymətinin 49 avrodan başladığını nəzərə çatdırıb: "Bu qiymətə əl yük daxildir. Bu ilin sonuna kimi bu rejimdə işləyəcəyik. 2017-ci ilin payızında Azərbaycanın yeni aviaşirkəti olan "Buta" fəaliyyətə başlayandan sonra artıq "Vnukovo"dan olan bu reysləri AZALJET deyil, "Buta" həyata keçirəcək. Fikrimcə, qiymətlər əvvəlki kimi qalacaq".


V.Aleksandrov isə çıxışında AZAL ilə münasibətlərdən məmnun olduğunu bildirib: "Hava limanımızın sərnişinləri də AZAL aviaşirkətindən məmnundur".

 

Qeyd edək ki, Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri "Airbus A320" təyyarələri ilə yerinə yetiriləcək.

 

Hazırda AZAL Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" ilə yanaşı, AZALJET Moskvanın "Domodedovo" hava limanına, Sankt-Peterburqun "Pulkovo", Mineralniye Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

 

Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq - baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs herbi texnikasinin novbeti hissesi gurcustana getirilib fotosessiya
    ABŞ hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib ...
  • sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq
    Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq ...
sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyul, 2017

USD
1.7009
 
EUR
1.9877
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ