Nazir: "Bakı-Tblisi-Qars layihəsi bölgənin qurtuluşudur"

nazir baki tblisi qars layihesi bolgenin qurtulusudur

"Bakı-Tblisi-Qars dəmir yolu layihəsi bölgənin qurtuluşudur". "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.

 

Nazir vurğulayıb ki, bu layihə bölgənin iqtisadi inkişafına ciddi təsir edəcək: "Bakı-Tbilisi-Qars layihəsi artıq başa çatmaq üzrədir. Bu layihə həm Qarsın, həm də bölgənin qurtuluşudur. Təkcə bu layihə ilə kifayətlənmək olmaz. İğdırı Naxçıvana, İrana və Pakistana birləşdirəcəyik. İki gün öncə prezident Rəcəb Tayyib Ərdoğanla Pakistanda olarkən 10 ölkənin rəsmiləri ilə görüşlər keçirdik və görüşlərdə əsas diqqət Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan layihələrinə yönəlmişdi".

 

Nazir bu layihənin yeni investisiya qoyuluşlarına səbəb olacağını bildirərək əlavə edib ki, bunun üçün Qarsda logistika mərkəzinin yaradılmasına qərar verilib: "Qars Logistika Mərkəzinin tenderini keçirdik. Layihənin ümumi dəyəri 100 milyon lirədir. Bu günlərdə mərkəzinin təməli qoyulacaq".

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ