Nazir: "Ölkədə özəl pensiya fondlarının yaradılması üçün özəl sektordan təkliflər gözləyirik"

nazir olkede ozel pensiya fondlarinin yaradilmasi ucun ozel sektordan teklifler gozleyirik

"Azərbaycanda özəl pensiya fondlarının yaradılması bizim gündəliyimizdə olan məsələdir".

 

“APA-Economics”in məlumatına görə, bunu  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün heç bir məhdudiyyətlər yoxdur: “Düşünürəm ki, bu məsələ kompleks məsələdir. Bu qısamüddətli araşdırma ilə aparılan məsələ deyil. Bu məsələnin araşdırılması uzun müddət tələb edir”.

 

Nazir deyib ki, Azərbaycan özəl pensiya fondunun inkişafında maraqlıdır: “Bu, Azərbaycanda özəl sektorun inkişafına dəstək olacaq. Bu gün Azərbaycanda həyat sığortası mövcuddur ki, bu da özəl pensiya fondlarının alternatividir”.

 

Nazir qeyd edib ki, ölkədə özəl pensiya fondlarının yaradılması üçün nazirlik özəl sektordan təkliflər gözləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272