Nazir müşaviri: "Azərbaycan iqtisadiyyatına investisiyaların 20%-i nəqliyyat və logistika sektorunun payına düşür"

nazir musaviri azerbaycan iqtisadiyyatina investisiyalarin 20 i neqliyyat ve logistika sektorunun payina dusur

"Son illər ölkəmizin nəqliyyat sektoruna cəlb edilmiş investisiyalara nəzər salsaq, görərik ki, nəqliyyat və logistika sektoruna qoyulmuş investisiya ümumi ölkə iqtisadiyyatına qoyulmuş investisiyasının 20%-ni təşkil edir".

 

“APA-Economics” xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxışı zamanı bildirib.

 

T.Məmmədovun sözlərinə görə, bu, dövlətin bu sahəyə olan diqqətini göstərir.

 

“Bu sahədə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı  kimi beynəlxalq maliyyə institutları ilə yaxından əməkdaşlıq edilir. Bu əməkdaşlığın perspektivləri hər zaman gündəmdədir. İpək yolu bizim üçün təkcə nəqliyyat, loqistika baxımından deyil, eyni zamanda digər ölkələrlə mədəniyyət əlaqələrinin qurulması və inkişafı baxımdan da çox önəmlidir”, - deyə T.Məmmədov əlavə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
  • sekide cobani ildirim vurub
    Şəkidə çobanı ildırım vurub
sekide cobani ildirim vurub sekide cobani ildirim vurub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272