Nazirlik: "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər yekunlaşır

nazirlik ictimai wi fi layihesi cercivesinde isler yekunlasir

“Əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər artıq yekunlaşır”.

 

"APA-Economics" xəbər verir ki, Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı əraziləri üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (Acces Point) quraşdırılıb. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib.

 

Bundan başqa, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində də işlər yekunlaşdırılıb. Layihənin növbəti mərhələsi kimi Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində də işlər həyata keçiriləcək.

 

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilir.

 

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. Məhz buna görə ilkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fransa senatinda azerbaycanli mecburi kockunlerin problemi muzakire olunub
    Fransa Senatında azərbaycanlı məcburi köçkünlərin problemi m...
  • cebheboyu zonada yerlesen daha iki yeni herbi seherciyin acilisi olub
    Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açı...
cebheboyu zonada yerlesen daha iki yeni herbi seherciyin acilisi olub cebheboyu zonada yerlesen daha iki yeni herbi seherciyin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2017

USD
1.7022
 
EUR
1.9015
 
RR
0.0283
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ