Nəqliyyat vasitələrinin icbari sığortasını onlayn etmək mümkün olacaq

neqliyyat vasitelerinin icbari sigortasini onlayn etmek mumkun olacaq

Azərbaycan vətəndaşları onlayn sığortadan “Elektron hökumət” portalı üzərindən istifadə edəcəklər.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “İcbari nəqliyyat sığortası” adlı xidmət elektronlaşdırılaraq, portala inteqrasiya edilib.

 

Nəqliyyatın icbari sığortasını onlayn etmək üçün “Elektron hökumət” portalına daxil olub, “Digər” xidmətlərin içərisindən “İcbari nəqliyyat sığortası” xidməti seçilir.

 

 

Açılan pəncərədə nəqliyyat vasitəsinin qeydiyyat nişanını daxil edib, “Davam et” düyməsini sıxdıqdan sonra avtomobilin ban nömrəsini qeyd etmək tələb olunur.

 

 

Ban nömrəsi daxil edildikdən sonra ekranda avtomobilin markası və modeli görünür. Bundan sonra vətəndaş şəxsi məlumatlarını sistemə daxil edib, “Davam et” düyməsini seçir. Sonra sığortanın qüvvəyə minmə tarixi müəyyənləşdirilir. Əslində, sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir, lakin vətəndaş 30 gündən artıq olmamaq şərti ilə digər tarixi də seçə bilər. Açılan səhifədə sığorta şirkətlərinin adları və ödəniləcək məbləğ görünür.

 

 

 

 

Vətəndaş istənilən sığorta şirkətini seçir, sığorta haqqını ödəyir və sığortasını əldə edir.

 

 

Qeyd edək ki, klassik formadan fərqli olaraq, onlayn sığorta təhlükəsizlik və rahatlığına görə bir sıra üstünlüklərə malikdir. Elə buna görə də dünyada əksər insanlar birbaşa sığortaya üstünlük verirlər. Statistikaya görə, britaniyalıların 70%-i, Fransada isə yerli əhalinin 50%-i onlayn sığortadan istifadə edir.

 

Onlayn sığortanın müsbət cəhətlərindən biri də burada vasitəçinin olmamasıdır. Yəni elektron sığorta broker və ya agentlərin iştirakı olmadan sığortaçı və müştəri arasında birbaşa əlaqə yaradılması deməkdir. Bu isə öz növbəsində, sığorta xərclərini azaldır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin bas klinik hospitalinin 25 ci ildonumu munasibetile tedbir kecirilib
    Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 25-ci ildönümü mü...
  • bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib
    BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər...
bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ