Nəqliyyatın bütün sektorlarında sərnişindaşımada artım müşahidə olunur - STATİSTİKA

neqliyyatin butun sektorlarinda sernisindasimada artim musahide olunur statistika

2017-ci ilin yanvar-fevral ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 32,6 milyon ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artım müşahidə olunub.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 3,9 faizi dəniz, 8,9 faizi dəmir yolu, 0,1 faizi hava, 56,5 faizi avtomobil nəqliyyatı, 30,6 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 6,6 faiz artaraq 23,5 milyon ton təşkil edib.

 

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,2 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 76,3 faiz təşkil edib.

 

2017-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 294,6 milyon nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 

Dəmir yolu nəqliyyatı ilə 2017-ci ilin yanvar-fevral ayları ərzində 2,9 milyon ton yük, 389,4 min sərnişin daşınıb, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 29,2 faiz, sərnişin daşınmasında isə 38,4 faiz artım müşahidə olunub.

 

Orta hesabla sutkada 369 vaqon yüklənib, 449 vaqon isə boşaldılıb.

 

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,4 min ton, Qərb istiqaməti üzrə 4,9 min ton, Cənub istiqaməti üzrə isə 1,2 min ton yüklənmə işi yerinə yetirilib.

 

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1 milyon 263,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,5 faiz artıb. Yüklərin 43,4 faizini neft yükləri təşkil edib.

 

Dəniz limanları tərəfindən 1 milyon 809,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1 milyon 720,5 min tonunu və ya 95,1 faizini tranzit yüklər təşkil edib. 2017-ci il mart ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 48,6 min ton olub.

 

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 23,8 faiz artaraq 2,6 min nəfər olub.

 

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 18,4 milyon ton yük, 258,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 1,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3 faiz, sərnişin dövriyyəsi isə 2 faiz artıb.

 

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,9 faiz artaraq 35,6 milyon nəfər olub.

 

Hava nəqliyyatı ilə 266,5 min və ya 29,1 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 11,8 faiz artaraq 24,7 min tona çatıb.

 

Magistral neft kəmərləri ilə 6 milyon 877,5 min ton neft nəql edilib. Nəqletmənin 78,8 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5 milyon 420,5 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 998,4 min ton tranzit nefti də nəql edilib.

 

Magistral qaz kəmərləri ilə 4 milyard 329,8 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artım müşahidə olunub. Qazın nəqlinin 29,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 1 milyard 295 milyon kubmetr qaz ötürülüb.

 

2017-ci ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4606,4 min ton, yük dövriyyəsi isə 954,5 milyon ton-km olub. Yüklərin 2 milyon 578,3 min tonu və ya 56 faizi avtomobil nəqliyyatı, 1 milyon 447,8 min tonu və ya 31,4 faizi dəmir yolu nəqliyyatı, 580,3 min tonu və ya 12,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.

 

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,8 faizini və ya 1006,1 min tonunu tranzit yüklər təşkil edib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ