Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bu gün Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

APA-Economics”in məlumatına görə, əməkdaşlıq memorandumunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Bakı Media Mərkəzinin rəhbəri Orman Əliyev arasında imzalanıb.

 

Memoranduma əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərinə əsaslanaraq ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi, müxtəlif PR xarakterli layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün müxtəlif birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəlib.

 

Agentliyin sədri Qoşqar Təhməzli Bakı Media Mərkəzi ilə qurulacaq əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, qurumun həyata keçirdiyi maarifləndirmə aksiyaları çərçivəsində vətəndaşlar qida məhsullarını daha şüurlu şəkildə istifadə edəcək. Qida Təhlükəsizliyi Agentliyinin ötən ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradıldığını xatırladaq Q. Təhməzli agentliyin bu ilin yanvar ayından artıq fəaliyyətə başladığını qeyd edib: "Qida Təhlükəsizliyin Agentliyi qida təhlükəsizliyinə nəzarət edəcək və hər bir vətəndaşın sağlamlığını üstün tutacaq. Bunun üçün də hər bir vətəndaş da bu sahədə fəal olmalıdır”.

 

O, bu sahədə media və mətbuatın rolunu danılmaz hesab edir: “Bu məqsədlə biz media ilə işi Bakı Media Mərkəzinə həvalə etmək niyyətindəyik. Çünki, Bakı Media Mərkəzi işi bilən çox peşəkar qurumdur. Hesab edirəm ki, Bakı Media Mərkəzi bu işin üzərində peşəkarlıqla gələcək. Məqsədimiz qalmaqal xarakterli, insanları çaşdıra biləcək məlumatlardan yayınmaqdır”.

 

Bakı Media Mərkəzinin direktoru Orman Əliyev isə bildirib ki, mərkəz qida təhlükəsizliyi ilə bağlı müxtəlif tanıdıcı video çarxlar hazırlayacaq. 

 

Daha sonra tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin loqosu ictimaiyyətə təqdim edilib.  O. Əliyevin ictimaiyyətə təqdim etdiyi loqoda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərində istifadə olunduğunu diqqətə çatdırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267