Qusar-Xudat yolu bərpa olunur

qusar xudat yolu berpa olunur

“Azəravtoyol” ASC uzun müddət əsaslı şəkildə təmir olunmayan Qusar-Xudat avtomobil yolunun bərpasına başlayıb.

 

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13,7 km-lik hissəni əhatə edir.

 

Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradan yolun hərəkət hissəsində yaranmış dağılmış və qabarmış hissələr aradan qaldırılıb, təmir-bərpa işləri zamanı yolun 10,7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır. 

 

Aparılan işlər çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, genişləndirilmiş və zəruri olan digər hissələr xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, hazır olan hissələr isə asfaltlanır. Hazırda yolun 3 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Bundan başqa, zəruri olan yerlərdə yol kənarlarına səki daşları düzülür. Ümumilikdə yola ikiqat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub.

 

Təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, 1967-68-ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
  • turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur
    Türkiyə prezidenti: “Körfəzdə böhranın davam etməsinin heç b...
turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ