Salatın Əsgərova küçəsinin bir hissəsi təmir edilib

Nəsimi rayonunda Təbriz küçəsinin ardınca Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi və Azadlıq prospektləri arasında yerləşən 300 metrlik hissəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün və kommunikasiya xətlərinin çəkilişindən sonra yolun hərəkət hissəsində qabarma və dağılmalar yaranmışdı: "Bu isə hərəkətdə müəyyən çətinliklərə gətirib çıxarırdı. Küçənin təmiri ilə bu nöqsanlar aradan qaldırılıb".

 

Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 4 minə yaxın kv.m sahəni əhatə edib. Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına isə 600 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb.

 

Təmir işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yolgöstərici və yolcizgi xətləri, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq küçə müasir görkəmdə sürücülərin istifadəsinə verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267