Sulutəpədə yerüstü piyada keçidinin inşası yekunlaşıb

sulutepede yerustu piyada kecidinin insasi yekunlasib

Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkən hissələri də daxil qalereyasının ümumi uzunluğu 64,75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5,5 metrdir.

    

Keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələr yaradılıb, lazımi yol nişanları quraşdırılıb.

 

Metal konstruksiyalı piyada keçidi nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ