Ukrayna dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

ukrayna dairesinde neqliyyatin hereketi mehdudlasdirilacaq

Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq iyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işlərinə start verilir.

 

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.

 

Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.

 

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

 

“Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir, deyə məlumatda deyilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268