Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yolda hərəkət məhdudulaşdırılır

zabrat kurdexani yolu ile memmedli qesebesi arasinda yolda hereket mehdudulasdirilir

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mayın 19-u səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, məhdudlaşdırma təqribən yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənədək qüvvədə saxlanılacaq.

 

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddətə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

 

Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək.

 

Sürücülərdən qəsəbədaxili digər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
  • ankarada qarabag parkinin acilisi olub
    Ankarada Qarabağ Parkının açılışı olub
ankarada qarabag parkinin acilisi olub ankarada qarabag parkinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ