"Zığ" quru yük limanı fəaliyyətini genişləndirir

zig quru yuk limani fealiyyetini genislendirir

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Zığ" quru yük limanı fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırır.

 

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda 6 ha sahəyə malik liman tamamilə abadlaşdırılır, ərazi və körpülər betonlaşdırılır, qaldırıcı qurğular - kran və avtoyükləyicilər yenilənir. Bütün bu işlər limanın dövriyyəsini artırmağa yönəldilib.  Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra  yükaşırma müəssisəsi həm də logistik mərkəz rolunu oynayacaq.

 

Xəzər dənizinin qərb sahilində yerləşən və 7 körpüyə malik  “Zığ”quru yük limanının əsas üstünlüyü mərkəzə yaxın olmasıdır. Dəmiryolu xəttinin körpünün yaxınlığından keçməsi onun əlverişliliyini daha da artırır. Bu, yüklərin vaqonlardan gəmilərə və ya gəmilərdən vaqonlara vurulması prosesini asanlaşdırır. Limanda bərələrlə yük avtomobilləri, göyərtə yükləri, quru yük gəmiləri ilə konteyner, svay, boru, paletli yüklər qəbul olunur və göndərilir. Eyni zamanda, limanın həmin yükləri saxlamaq üçün böyük tutumlu anbarı  var. Yükaşırma müəssisəsində gömrük və sərhəd keçid məntəqələrinin fəaliyyət göstərməsi isə müştərilərin işini yüngülləşdirmək baxımından əhəmiyyətlidir.

 

“Zığ” quru yük limanında əməyin mühafizəsinə də  xüsusi diqqət yetirilir. Müəssisədə təhlükəsizlik qaydaları qabaqcıl standartlara tam uyğunlaşdırılıb.

 

Bütün bu üstünlüklər limana tələbatı artırır. Mövcud imkanların genişləndirilməsinə yönəldilən tədbirlər isə yeni iş yerlərinin açılmasına imkan verəcək.

 

Qeyd edək ki, sözügedən ərazi əvvəllər Dəniz Nəqliyyat Donanmasının 57-ci körpüsü kimi tanınırdı. Yükaşırma müəssisəsinə liman statusu Dövlət Dəniz Administrasiyası tərəfindən ötən ilin aprelində verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident dunyada senaye usulu ile qazilmis ilk quyunun berpadan sonraki veziyyeti ile tanis olub
    Prezident dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərp...
  • brent neftinin qiymeti 52 dollaradek gerileyib
    Brent neftinin qiyməti 52 dollaradək geriləyib
brent neftinin qiymeti 52 dollaradek gerileyib brent neftinin qiymeti 52 dollaradek gerileyib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ