® Azərbaycan Beynəlxalq Bankından Novruz endirimləri!

174 azerbaycan beynelxalq bankindan novruz endirimleri

Müştərilərin bayram sevincinə sevinc qatan Azərbaycan Beynəlxalq Bankı Novruz bayramı münasibətilə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində bankdan nağd pul krediti alan əmək haqqı və pensiya kartı sahibləri heç bir komisyon haqq ödəmədən kreditin illik faizində 2% endirim qazanacaqlar.

 

Bundan başqa, bankın ƏLA elektron şöbəsindəki (Bakı, Nizami küçəsi 67) avtomatlaşdırılmış depozit seyflərindən istifadə zamanı da əmək haqqı və pensiya kartı sahiblərinə seyf bir ay pulsuz icarəyə veriləcək. 

 

Eyni zamanda, kampaniya çərçivəsində bütün müştərilər Azərbaycan Beynəlxalq Bankının VISA Classic, VISA/MasterCard Gold, VISA/MasterCard Platinum, American Express Green kartlarını 50%, VISA Prime Gold, VISA Prime Platinum, VISA Infinite, Mastercard World Elite,American Express Gold və American Express Platinum kartlarını isə 40% endirimlə ala bilərlər. Bu şərtlər, müddəti 1 ildən 3 ilədək olan kartlara aiddir. Endirimlər həm müddəti uzadılan, həm də yeni sifariş verilən kartlara şamil olunur. Kampaniya çərçivəsində bir müştəri hər valyutada maksimum 1 ədəd kart sifariş edə bilər. Kampaniya 12 mart tarixindən 16 mart tarixinə qədər keçərlidir.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272