® “Azercell” kommunikasiya xidmətləri üzrə mükafata layiq görülüb

Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC növbəti beynəlxalq mükafata layiq görülüb.

 

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, şirkət “Keyfiyyətdə mükəmməllik” beynəlxalq konfransında  milli bazar və beynəlxalq reytinqdə güclü mövqeyinə, müasir idarəetmə texnologiyalarının uğurla həyata keçirilməsinə, personalın yüksək hazırlıq səviyyəsinə və səmərəli marketinq strategiyasına görə mükafatlandırılıb.

 

“Azercell”in kommunikasiya xidmətləri üzrə aparıcı provayder kimi mükafatlandırıldığı konfransda şirkətin prezidenti Vahid Mürsəliyev iştirak edərək mükafatı qəbul edib. Avropa Biznes Assambleyası “Azercell Telekom” MMC-nin gələcəkdə daha da uğurlu və sürətli inkişafına inanaraq, konfransda iştirak etdiyinə görə V.Mürsəliyevə öz minnətdarlığını bildirib.

 

Məlumat üçün bildirək ki, İsveçrənin Luserne şəhərində keçirilən “Keyfiyyətdə mükəmməllik” beynəlxalq konfransı Avropa Biznes Assambleyası (Birləşmiş Krallıq), Oksford Elmi Birliyi (Birləşmiş Krallıq), Avropa Tibb Assosiasiyası (Belçika) və İsveçrə Keyfiyyət Standartları İnstitutunun (İsveçrə) birgə dəstəyi nəticəsində baş tutan illik tədbirdir. 54 ölkədən 200-dən çox regional biznes, professional və elm nümayəndələri bir araya gəldiyi tədbirdə mütəxəssislər biznesin təkmilləşdirilməsi və müsbət sosial transformasiya istiqamətində bir-biri ilə fikir mübadiləsi aparıblar. Konfransda  əsas diqqət 4 sektorda mükəmməlliyin rol modellərinə: şəhərin idarəolunması, korporativ, səhiyyə/tibbi səyahət və təhsilin idarəolunması sahələrinə yönəldilib.

 

Qeyd edək ki, “Azercell” dəfələrlə yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlandırılıb. Şirkətin qazandığı beynəlxalq mükafatlar sırasında “Stevie Beynəlxalq Biznes”, “Socialbakers Engage Award”, Socially devoted” və s. kimi nüfuzlu mükafatlar yer alır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
  • nazirlik mmmc lerin sayi 53 e catib
    Nazirlik: MMMC-lərin sayı 53-ə çatıb
nazirlik mmmc lerin sayi 53 e catib nazirlik mmmc lerin sayi 53 e catib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ