“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödəyib

pasa heyat emek qabiliyyetini itirmis sexsin ipoteka borcunu odeyib

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib. 

 

Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin 26 817 manat qalıq kredit borcu məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı bank üzrə ödənilib. 

 

Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 8 sığorta hadisəsinə görə ümumilikdə 188 876 manat həcmində sığorta ödənişi verilib. 

 

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
  • islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4
    İslamiadanın bağlanış mərasimi “Birlik” konserti ilə başa ça...
islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4 islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4 +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ