® "Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək

174 seedstars world musabiqesinin yerli secimleri kecirilecek

İnkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal “Seedstars World” müsabiqəsi 5-ci dəfə Azərbaycana gəlir.

 

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, 3 may tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, Azercell MMC, PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək.

 

Müsabiqədə Azərbaycanın 10 ən yaxşı startapı ölkəni “Seedstars” sammitində təmsil etmək və 1 mln. dollar həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Bu müsabiqəyə qatılmaq arzusunda olanlar https://www.seedstarsworld.com/event/seedstars-baku-2017 səhifəsinə müraciət etməlidirlər.

 

Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, “Seedstars World” ən yaxşı startapları müəyyən etmək, onlara 1 mln. dollara qədər vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.

 

“Seedstars World” Azərbaycanın lider mobil operatoru “Azercell”lə yaxından əməkdaşlıq edir.

 

““Seedstars” sahibkarlar və müxtəlif investorlar, bazar oyunçuları və digərləri üçün imkanlarla bol olan qlobal çoxşaxəli platformadır. Yarışmanın əsas məqsədi - inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdir. Bu müsabiqə yerli startapların dünya bazarına çıxması, öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycandan olan 10 ən yaxşı startap hər il İsveçrədə keçirilən “Seedstars” sammitinə qatılmaq imkanı üçün yarışa dəvət olunacaq”, - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri, tədbirin yerli təşkilatçısı və “Seedstars” səfiri İmran Bağırov bildirib.

 

Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsveçrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib
    Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəq...
  • mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib
    Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su...
mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ