ABB tender keçirir

abb tender kecirir

"Azərbaycan Beynəlxalq Bankı" ASC açıq tender elan edib.

 

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender 1 lot üzrə keçirilir və bankın mövcud ATM şəbəkəsi üçün ehtiyat hissələrinin satınalınmasını nəzərdə tutur.


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.


Tenderdə iştirak etmək istəyənlər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Emin İbrahimov, telefon: 012 4930091, daxili 2700, 2703)

ala bilərlər.

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 10%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

 

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcək.

 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 may 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2 iyun 2017-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvana təqdim etməlidirlər.


Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

 

Təklif zərfləri 9 iyun 2017-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvanda açılacaq.

 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib
    BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər...
  • 174 turanbankda telebeler ucun seminar kecirilib
    ® TuranBankda tələbələr üçün seminar keçirilib
174 turanbankda telebeler ucun seminar kecirilib 174 turanbankda telebeler ucun seminar kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ