AMB: Dünya üzrə bəzi ərzaq məhsullarının bahalaşması inflyasiyanın azalmasına maneədir

amb dunya uzre bezi erzaq mehsullarinin bahalasmasi inflyasiyanin azalmasina maneedir

Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Bu barədə "APA-Ecoonmics"ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirib.

 

AMB-dən qeyd olunub ki, manatın dollara nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
 

"Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 10 ayında orta illik inflyasiyanın 13,7% təşkil edib. Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişib. İnflyasiyanın xarici amilləri dəyişkən olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meylləri müşahidə olunub. Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır", - deyə məlumatda vurğulanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
  • sekide cobani ildirim vurub
    Şəkidə çobanı ildırım vurub
sekide cobani ildirim vurub sekide cobani ildirim vurub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272