ARPA-da mühasibatlıqla bağlı yeni komitə təsis olunub

arpa da muhasibatliqla bagli yeni komite tesis olunub

Bu gün Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və Maliyyə Nazirliyi ilə “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik mövzusunda birgə tədbir keçirib.

 

"APA-Economics" xəbər verir ki, ARPA-nın Müşahidə Şurasının sədri Rüfət Mahmudov çıxış edib. O bildirib ki, mühasibat uçotunun təşkili ön sıraya çıxır: "Yüksək keyfiyyətli investisiya mühitinin artırılması, korrupsiyanın azaldılmasında, müəssisələrdə rəqabət qabiliyyətinin artırılmasında mühasibat uçotu mühüm rol oynayır".

 

Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik edilməsi və tətbiqindən danışıb. Tədbirdə maliyyə sahəsində çalışan çox sayda ekspertlər də iştirak ediblər.

 

ARPA-nın icraçı direktoru Əli Bayramovun sözlərinə görə, ARPA peşəkar mühasib təşkilatı olaraq mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Maliyyə və Vergilər Nazirlikləri ilə fəal əməkdaşlıq edir. Mühasibatlıq sahəsində atılan önəmli addım ARPA-nın bu sahədə yeni komitəsinin təsis edilməsi olub.

 

Qanuna olan dəyişiklərdə ilk dəfə olaraq peşəkar mühasib anlayışı öz əksini tapıb. Peşəkar mühasib sayılmaq üçün Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanlarda iştirak edərək sertifikat əldə etməsi, eləcə də Peşəkar Mühasibat Təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatına üzv olması tələb olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267