Azərbaycana idxal edilən təyyarə yanacağı gömrük idxal rüsumundan azad edilib

azerbaycana idxal edilen teyyare yanacagi gomruk idxal rusumundan azad edilib

Bu gündən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosin 90 gün müddətində gömrük idxal rüsumundan azad edilib.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələr”inə müvafiq dəyişiklik edib.

 

İndiyə qədər Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq edilib. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə etdiyi dəyişikliyə əsasən reaktiv mühərriklər üçün kerosin üçün aksiz vergisi 1 ton üçün 80 manatdan 1 manata endirilib. Bu qərar da dərc edildiyi gündən, yəni bu gündən 90 gün müddətində qüvvədədir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
13:04 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde yol qezasinda xesaret alanlarin kimliyi melum olub yenilenib
    Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub ...
  • italiya prezidentine heyder eliyev ordeni teqdim edilib
    İtaliya prezidentinə “Heydər Əliyev” ordeni təqdim edilib...
italiya prezidentine heyder eliyev ordeni teqdim edilib italiya prezidentine heyder eliyev ordeni teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9794
 
RR
0.0271